Idman.biz saytına istinadən ain.az xəbər verir.
İtaliya futbol millisi ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsini buraxacaq.
İdman.Biz bildirir ki, İtaliyanın futbol tarixində bu ilk belə göstəricidir.
2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına vəsiqə uğrunda pley-off finalında Cennaro Qattuzonun yetirmələri Bosniya və Herseqovinaya 1:1, 1:4 (pen.) hesabı ilə məğlub olublar.
İtaliya daha əvvəl 2022 və 2018-ci il dünya çempionatlarına vəsiqə qazana bilməyib. İtaliyanın ən son iştirak etdiyi dünya çempionatı 2014-cü ildə Braziliya mundialı olub. O vaxt komanda D qrupunda üçüncü yeri tutub və 1/8 finala yüksələ bilməyib.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.