AZ

"An-26" hərbi təyyarəsi qəzaya uğrayıb

Bakı. Trend:

"An-26" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğradığı yer müəyyənedilib, 23 sərnişin və 6 heyət üzvü daxil olmaqla 29 nəfər həyatınıitirib.

Trend xəbər verirki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Martın 31-də, Bakı vaxtı ilə təxminən saat 19:00-da uçuş zamanı"An-26" hərbi təyyarəsi ilə əlaqə kəsilib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib:"Axtarış-xilasetmə qrupu An-26 təyyarəsinin qəzaya uğradığı yerimüəyyən edib. Hadisə yerindən alınan məlumatlara görə, altı heyətüzvü və göyərtədəki 23 sərnişin həlak olub".

Qəza yerində Rusiya Müdafiə Nazirliyinin komissiyası çalışır vəqəzanın ilkin səbəbi texniki nasazlıq kimi qiymətləndirilir.

Seçilən
44
az.trend.az

1Mənbələr