AZ

Parisdə sürücülər etiraz aksiyası keçirib

Bakı. Trend:

Parisdə yük maşını və avtobus sürücülərinin etiraz aksiyasıkeçirilib.

Trend “Euronews”aistinadən xəbər verir ki, aksiya Avropa Yol Nəqliyyatı Təşkilatınınçağırışı ilə təşkil olunub.

Paytaxtın dairəvi yolunda təxminən 200 avtobusun aşağı sürətləhərəkət etməsi (“İlbiz əməliyyatı”) nəticəsində nəqliyyatda ciddiproblemlər yaranıb.

Etirazçılar yanacaq qiymətlərinin artmasına etiraz edir vəhakimiyyətdən daha çox dəstək tələb edirlər.

Bildirilib ki, bu həftə Luara, Provans-Alp-Kot d'Azur,Oksitaniya və Yeni Akvitaniya bölgələrində də oxşar aksiyalarınkeçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Yaxın Şərqdəki müharibədən ciddi təsirlənənnəqliyyat sektoru artıq hökumətdən müəyyən dəstək alıb. Cümə günüiqtisadiyyat naziri Roland Leskür və nəqliyyat naziri Filipp Tabarosahənin inkişafı üçün 50 milyon avro vəsait ayrıldığınıaçıqlayıblar.

Seçilən
55
az.trend.az

1Mənbələr