AZ

Bolqarıstan prezidenti buna görə baş naziri tənqid edib

Bolqarıstan prezidenti İliana Yotova baş nazir Andrey Gyurovu Ukrayna ilə 10 illik müdafiə müqaviləsi imzaladığına görə tənqid edib .

"Ölkə.az" xəbər verir ki, bu barədə Bolqarıstan prezidenti İliana Yotova açıqlama verib.

O, bildirib ki, Gyurov Bolqarıstanın xarici işlər naziri və müdafiə naziri ilə birlikdə Ukraynaya səfəri barədə ona məlumat verməyib. Onun sözlərinə görə, bu cür müqavilələrin imzalanması əvvəlcədən müzakirə aparılmaqla tamhüquqlu hökumət tərəfindən həyata keçirilməlidir.

“Gyurov hökumət orqanları arasında dialoqu qəbuledilməz şəkildə pozub və müvafiq intizamın olmamasını nümayiş etdirib. Bu müqavilənin imzalanması qeyri-kafidir. Bu, Ukraynadakı müharibənin obyektiv şərtlərini nəzərə almayan son dərəcə zəif bir sənəddir”, o bildirib.

Elvin

Ölkə.az

Seçilən
50
1
olke.az

2Mənbələr