AZ

Rusiyada təyyarə qəzası: 29 nəfər həlak oldu

“An-26” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfər həlak olub.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Axtarış-xilasetmə qrupu tərəfindən “An-26″ təyyarəsinin qəzaya uğradığı yer aşkar edilib. Hadisə yerindən verilən məruzəyə əsasən, altı heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub”, – agentlik Rusiya müdafiə idarəsinin bəyanatını təqdim edib.

Daha əvvəl məlum olmuşdu ki, martın 31-də Moskva vaxtı ilə təxminən saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) Rusiya tərəfindən ilhaq edilmiş Ukraynanın Krım ərazisi üzərində planlı uçuşun həyata keçirilməsi zamanı “An-26” hərbi nəqliyyat hava gəmisi ilə əlaqə kəsilib.

“İnterfaks”ın müsahibi dəqiqləşdirib ki, təyyarə qayaya çırpılıb.

Hazırda hadisə yerində Rusiya Müdafiə Nazirliyinin xüsusi komissiyası çalışır. Qəzanın ilkin səbəbi kimi təyyarənin texniki nasazlığı nəzərdən keçirilir.

Seçilən
27
7
konkret.az

9Mənbələr