AZ

Bizi necə atəşə tuturdularsa, çaya dəyən güllələrdən qalxan su üstümüzə tökülürdü

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür. Qırğının baş verdiyi tarixdə Kəlbəcər rayonunun Günəşli kənd sakini Ramil Hüseynovun 14 yaşı var idi.

Hadisə şahidi həmin qanlı günləri Baku TV-yə şərh edib:

"Mart ayının əvvəllərindən demək olar ki, Kəlbəcərdə vəziyyət daha da gərginləşirdi. Ona görə ki, Kəlbəcəri Göyçə tərəfdən, 1992-ci ildə işğal etdikləri Laçın rayonu ərazisindən və Ağdərə istiqamətindən intensiv atəşə tuturdular. Atam evə gəldi, saat 2-3 olardı. Dedi ki, Ramil, sən də hazırlaş, sabah sən də gedirsən onlarla. Biz dörd qardaşıq. Mənim iki qardaşım Bakıda ali məktəbdə oxuyurdu. Məni göndərdilər qardaşlarımın yanına. Ermənilər də 30-u axşam gəlib həmin tuneli tutub pusqu qurublar. Tunelin körpüsü deyilən bir ərazi var, Tərtərçay həmin körpünün altından axır. O körpüyə bir 100 metr qalmışdı çataq, qəflətən bizi atəşə tutdular. Yük maşınında 22 nəfər var idi. Bizi necə güllələyirdilərsə, təsəvvür edin, çaya dəyən güllələrdən qalxan su üstümüzə tökülürdü", - deyə hadisə şahidi bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
baku.ws

1Mənbələr