AZ

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,3 ABŞ dolları və ya 3,36% artaraq 132,35 ABŞ dollarına yüksəlib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçersləri 127,24 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin qiyməti 4,5 ABŞ dolları və ya 3,72% artaraq 125,55 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb ki, bu da hazırkı qiymətlərlə müqayisədə təxminən iki dəfə aşağıdır.

“Azeri Light” neftinin tarixi minimumu 2020-ci ilin aprelində 15,81 dollar, maksimumu isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

Seçilən
1
23
anews.az

10Mənbələr