ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
İsrailin baş naziri Benjamin Netanyahu martın 31-də xalqa müraciət edərək İrana qarşı “Şir nəriltisi” əməliyyatı barədə danışıb.
Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, İsrail ordusu İran rejiminə qarşı mübarizədə mühüm uğurlar əldə edib. Netanyahu bildirib ki, İran ballistik raketlərə, uranın zənginləşdirilməsinə və regiondakı müttəfiq qüvvələrə trilyonlarla vəsait xərcləsə də, bu investisiyalar nəticəsiz qalıb.
“Hər nəsildə bizi məhv etmək istəyənlər tapılır. Biz "şər yuvasına" 10 zərbə endirdik və 10 mühüm nailiyyət əldə etdik”, - deyə Baş nazir qeyd edib.
Onun sadaladığı əsas nəticələr bunlardır:
İsrailin təhlükəsizlik mövqeyi gücləndirilib və İranın təzyiqi zəiflədilib;Dünya ictimaiyyətinin diqqəti İranın yaratdığı təhlükəyə yönəldilib;ABŞ ilə birgə fəaliyyət gücləndirilib və yeni regional ittifaqlar formalaşdırılır;İran rejiminin əsasları sarsıdılıb və onun süqutunun qaçılmaz olduğu vurğulanıb;Nüvə silahı və ballistik raket təhlükəsi zəiflədilib;İranın regiondakı silahlı qüvvələrinin imkanları məhdudlaşdırılıb;Qəzza, Suriya və Livanda təhlükəsizlik zolaqları genişləndirilib;İsrailin yeni təhlükəsizlik strategiyası tətbiq olunub;Hava hücumundan müdafiə sistemlərinin effektivliyi nümayiş etdirilib;İsrail cəmiyyətinin və iqtisadiyyatının dayanıqlığı vurğulanıb.
Netanyahu əlavə edib ki, İranla qarşıdurma hələ başa çatmayıb: “Əməliyyat davam edir. Rejimi sarsıtmışıq və o, gec-tez süqut edəcək. Yaxın zamanda region ölkələri ilə yeni ittifaqlar barədə daha çox məlumat verəcəyimə ümid edirəm”, - deyə o qeyd edib.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.