ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Oturaq həyat tərzi və qeyri-sağlam qidalanma ürək üçün təhlükəlidir.
Ölkə.az UfaTime.ru nəşrinə istinadla xəbər verir ki, bu barədə həkim Aygül Arslanova danışıb.
Həkimin sözlərinə görə, bu vərdişlərdən biri oturaq həyat tərzidir. O izah edib ki, bu səbəbdən əzələlər zəifləyir, maddələr mübadiləsi ləngiyir və piylənmə ilə ürək xəstəlikləri riski artır. Bu problemlərdən qaçmaq üçün o, hər 30 dəqiqədən bir qısa hərəkətlər etməyi tövsiyə edib.
Həkim əlavə edib ki, artıq duz, şəkər, doymuş yağlar və trans yağlarla zəngin qeyri-sağlam qidalanma da ürəyə zərər verir. Onun sözlərinə görə, sağlam qidalanmanın əsasını tam taxıllar, meyvə və tərəvəzlər təşkil etməlidir.
Arslanovanın dediyinə görə, siqaret çəkmək, alkoqoldan sui-istifadə, yuxu çatışmazlığı, xroniki stress, artıq çəki və sosial təcrid də ürək sağlamlığı üçün təhlükəlidir. Bundan əlavə, həkim təhlükəli simptomları gözardı etməməyi və mütəmadi tibbi müayinədən keçməyi tövsiyə edib.
Həmidə İbrahimova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.