AZ

İran Küveyt aeroportuna və Fars körfəzindəki tankerə hücum edib

Küveyt Beynəlxalq Hava Limanı aprelin 1-də İranın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb, nəticədə yanacaq çənlərində güclü yanğın baş verib.

"Far.Az" xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-ləri Küveyt Mülki Aviasiya Baş İdarəsinin rəsmi nümayəndəsi Abdulla Əl-Raciyə istinadən məlumat yayıb.

"Hücumun hədəfi yanacaq çənləri olub. Bu da hadisə yerində böyük yanğına səbəb olub, ölən olmayıb", - o bildirib.

Britaniya Dənizçilik Agentliyindən qeyd olunub ki, Fars körfəzində Doha (Qətər) sahillərində neft tankerinə hücum edilib.

Qurumun məlumatına görə, gəminin gövdəsi sol tərəfdən zədələnib. Ekipaj xəsarət almayıb.

Qeyd olunub ki, neft sızması qeydə alınmayıb. Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır.

Seçilən
11
far.az

1Mənbələr