“Qarabağ”ın futbolçusu Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi yoldaşlıq görüşündə Sloveniya yığmasını qəbul edib.
Msport.az xəbər verir ki, “Stadion pod Qoritsom”da baş tutan qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviç matça start heyətində başlayıb və 83-cü dəqiqədə əvəzlənib.