AZ

Bakının yağış suyu problemi bu illərdə həll ediləcək - LAYİHƏLƏR İCRA OLUNUR

Bakı və Abşeron ərazisində aramsız yağan güclü yağışlar ciddi problemlərə səbəb olub.

Far.Az-in məlumatına görə, yağış nəticəsində bəzi küçə və prospektlər su altında qalıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Eyni zamanda, bir sıra yaşayış məntəqələrində su basma halları qeydə alınıb, kanalizasiya sistemləri yüklənib və gündəlik həyatın ritmi pozulub.

Bəs mövcud problemin həlli istiqamətində hansı işlər görülür?

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində Su Ehtiyatları Agentliyi içməli və tullantı su sistemlərinin qurulması, yenilənməsi üzrə tikinti-quruculuq işlərini plan üzrə davam etdirir:

"Hazırda Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyici qurğunun, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində tikinti-quruculuq işləri icra olunur. Bununla yanaşı daxili şəbəkələrin qurulması da dövlət proqramında əksini tapıb ki, bu istiqamətdə də mərhələli şəkildə işlər icra edilir".

Hazırda Bakıda icra olunan layihələr:

Layihənin adı-Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektorunun tikintisi.

Ümumi uzunluğu 10.4 km olan kollektorun tikintisinin başa çatdırılması ilə "Şəhərkənarı" kollektorunun yükünün azaldılması.

Tullantı sularının daşınması və intensiv yağışlar zamanı subasma hallarının qarşısının alınmasına imkan yaradacaq. Sabunçu və Suraxanı rayonlarının bir hissəsini, Bakıxanov qəsəbəsi ərazilərini əhatə edəcək.

Diametri 2000-2500mm olan mikrotunel tipli kollektorun tikintisi nəzərdə tutulub.

Layihənin tikintisinə 2025-ci ildə başlanılıb və 2027-ci ildə tamamlanması nəzərdə tutulub.

Həmçinin Bakıda mikrotunel vasitəsilə digər kanalizasiya xətlərinin də inşası nəzərdə tutulur.

Layihənin adı - Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğunun tikintisi

Ümumi uzunluğu 23 km olan gətirici kollektorun və məhsuldarlığı 100 min m³/gün olan qurğunun tikintisinin yekunlaşması ilə bir sıra qəsəbələrinin kanalizasiya təchizatı qurulacaq, eləcə də Bakı buxtasının və Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.

Səbail, Yeni Yasamal, Badamdar qəsəbəsi və Qanlı gölün ətrafı, Bayıl, Bibiheybət, 20-ci Sahə və Xocasən gölü ətrafı ərazilərini əhatə edəcək. Layihənin tikintisinə 2025-ci ildə başlanılıb və 2028- ci ildə tamamlanması nəzərdə tutulur.

Layihənin adı - Müşviqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyici qurğunun tikintisi

Ümumi uzunluğu 17 km olan gətirici kollektorun və məhsuldarlığı 75 min m³/gün olan qurğunun tikintisinin yekunlaşması ilə Xırdalan şəhəri, 28 may, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularının idarə edilməsinə və Ceyranbatan su anbarın ekoloji vəziyyətinin yaxşılaşmasına xidmət edəcək. Abşeron rayonu, Müşfiqabad, 28 May, Aşağı Güzdək, Hökməli qəsəbələri, Xırdalan ərazilərini əhatə edəcək. Layihənin tikintisinə 2025-ci ildə başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulub.

Layihənin adı - Sahil kollektorunun yenidən qurulması üçün layihə-smeta sənədlərinin hazırlanması və tikintisi

Tikintinin yekunlaşdırılması ilə (D1600mm-2000mm mikrotunel L=9.4 km) Bakı şəhəri, mərkəzində formalaşan tullantı sularının idarə edilməsinə və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.

Layihənin tikintisinə 2025-ci ildə başlanılıb və 2028- ci ildə tamamlanması nəzərdə tutulub.

Layihənin adı - Zığ-Hövsan kanalizasiya kollektorunun tikintisi

Ümumi uzunluğu 28 km olan kollektorun və yeni nasos stansiyasının inşası ilə "Şəhərkənarı" kollektorun yenilənməsi və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.

Xətai rayonu bir hissəsi və Suraxanı rayonunun Zığ, Hövsan, Bahar, Dədəqorqud qəsəbələrinin ərazilərini əhatə edəcək. Layihənin tikintisinə 2025-ci ildə başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulub.

Layihənin adı - Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi

Ümumi uzunluğu 32 km olan kollektorun və yeni nasos stansiyasının inşası ilə Bilgəh, Nardaran,Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi, Savxoz, Fatmayı Bağlar və Kürdəxanı qəsəbələrində tullantı sularının idarə edilməsinə imkan yaranacaq. Eyni zamanda hövzə daxilində yerləşən qəsəbələrdə subasma hallarının qarşısı alınacaq, Kürdəxanı, Zabrat gölləri və sahil boyu zonada ekoloji tarazlıq bərpa olunacaq.

Hazırda layihə üzrə diametri 630 mm, uzunluğu 9,8 km olan kollektorun 97 faizi, diametri 1000 mm, uzunluğu 5,3 km olan mikrotunelin 1 faizi, diametri 500 mm, uzunluğu 3,9 km olan korige borunun 100 faizi, diametri 600 mm, uzunluğu 0,9 km olan korige borunun 78 faizi, diametri 1200 mm, uzunluğu 3 km olan korige borunun 77 faizinin işləri həyata keçirilib. Bundan başqa müxtəlif diametrli kollektorların, mikrotunellərin inşası nəzərdə tutulur. Pirşağıda 13 şaxatada və kanalizasiya nasos stansiyasının qurulması işləri davam etdirilir. Layihənin tikintisinə 2025-ci ildə başlanılıb və 2027-ci ildə tamamlanması nəzərdə tutulub.

Orxan Hüseyn

Seçilən
4
1
far.az

2Mənbələr