Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayıb. Hazırda Rusiya neftinin Çinə tranziti mövcud sanksiya istisnaları əsasında həyata keçirilir. Qazaxıstan hökumətlərarası sazişə uyğun olaraq hər il Çinə 10 milyon ton Rusiya nefti nəql edir. Astana və Moskva tranzit həcminin illik 12,5 milyon tona çatdırılması üçün danışıqlar aparır. Nazirlik prosesin OFAC ilə sıx təmasda və daimi nəzarət altında saxlanıldığını bildirib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31