AZ

Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası açıldı

Bakı.Trend:

Səhiyyə Nazirliyinin yeni Plastik və Rekonstruktiv CərrahiyyəKlinikasının açılışı olub.

Trend xəbərverir ki, Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adınaAzərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdindəyaradılan yeni klinika ölkə vətəndaşlarına beynəlxalq standartlarauyğun rekonstruktiv və estetik cərrahiyyə xidmətlərigöstərəcək.

Bildirilib ki, klinikanın yaradılması ölkədə plastik vərekonstruktiv cərrahiyyəyə artan tələbatdan irəli gəlir.

Klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyəəməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik vətravma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi,dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üzrekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika,liposaksiya, abdominoplastika, üz gərmə kimi estetik əməliyyatlaricra olunacaq.

Klinika peşəkar komanda ilə təchiz olunub. Burada yüksəkixtisaslı plastik cərrahlar, anestezioloq-reanimatoloqlar,reabilitoloqlar, psixoloqlar və beynəlxalq təlim keçmişmütəxəssislər fəaliyyət göstərəcək. Gənc həkim-mütəxəssislərinhazırlanmasına xüsusi diqqət yetiriləcək.

Seçilən
3
2
az.trend.az

2Mənbələr