AZ

Əfqanıstan və Pakistan arasında danışıqlar nə vaxt baş tutacaq?

Əfqanıstan və Pakistan arasındakı münaqişənin həlli üçün danışıqlar aprelin 1-də başlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "TOLO News" mənbələrə istinadən məlumat yayıb.

Görüşün Çində keçiriləcəyi gözlənilir.

Nəşr bildirir ki, "Əfqanıstan və Pakistan arasında danışıqlar bu gün Urumçidə başlayacaq".

Fevralın 26-da Əfqanıstan Kabil tərəfindən tanınmayan Durand Xətti boyunca Pakistan qoşunlarına qarşı hərbi əməliyyata başlayıb. Bu əməliyyat Pakistan hava qüvvələrinin Əfqanıstan ərazisini bombalamasına cavab idi. Pakistan da öz növbəsində cavab atəşi açdığını və daha sonra qonşusuna qarşı "açıq müharibə" elan etdiyini bildirib.

Martın 18-də Pakistan və Əfqanıstan müsəlmanların Ramazan bayramı münasibətilə beş günlük atəşkəs elan ediblər. Hər iki tərəf razılaşmanın hər hansı bir şəkildə pozulmasının hərbi əməliyyatların yenidən başlamasına səbəb ola biləcəyi barədə xəbərdarlıq dibi. Martın 24-də Pakistan atəşkəs bitdikdən dərhal sonra Əfqanıstanın hava məkanını pozub.

Aminə ŞAHSUVARQIZI

Seçilən
12
redaktor.az

1Mənbələr