AZ

Aparıcıya vəzifə verildi

Aparıcıya

AzTV-nin aparıcısına Qarabağda vəzifə verildiAğdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.Ulusum.az xəbər verir ki, sözügedən xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, AzTV-nin aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib.Qeyd edək ki, Təranə Quliyeva Azərbaycan Dillər Universitetində regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.O, əmək fəaliyyətinə "Lider" TV-də redaktor və aparıcı kimi başlayıb. Daha sonra müxtəlif dövrlərdə ATV, "GünAz" TV və MTV telekanallarında aparıcı, redaktor və layihə rəhbəri vəzifələrində fəaliyyət göstərib. Eyni zamanda, media şirkətində icraçı direktor və kreativ direktor vəzifəsini icra edib.Xatırladaq ki, o, Azərbaycan Televiziyasında (AzTV) "Telesəhər" verilişinin aparıcısıdır və fəaliyyətini bu istiqamətdə də davam etdirəcək.

Diqqət Çəkənlər

Dövlət Agentliyinə yeni təyin olunan direktor kimdir? -DOSYE

Agalarovun yeni xanımı kimdir?

Hər yerdə işıqlar söndü - VİDEO

Seçilən
2
18
ulusum.az

10Mənbələr