AZ

Tarixi matçdan sonra bu görüntü gündəm oldu

Türkiyə Milli Futbol Komandası, 2026 FIFA Dünya Çempionatı Avropa seçmə mərhələsinin pley-off finalında səfərdə Kosovonu 1-0 hesabı ilə məğlub edərək 24 ildən sonra Dünya Çempionatına vəsiqə qazanıb. 

"Unikal" xəbər verir ki, oyundan sonra milli futbolçu Kenan Yıldızın hərəkəti diqqət çəkib. 

Belə ki, gənc ulduz “Juventus”dan komanda yoldaşı Edon Zhegrovanı təsəlli edərək qucaqlayıb. Kenan Yıldızın oyundan sonrakı bu davranışı futbolsevərlər tərəfindən “Böyük oyunçular belə ortaya çıxır” şərhləri ilə dəyərləndirilib. 

Seçilən
37
33
unikal.az

10Mənbələr