AZ

YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Daşkəsən Elektrik Şəbəkəsi ərazi partiya təşkilatında yığıncaq keçirilib.

Yığıncaqda YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev, aparatın məsləhətçisi Sərdar Xıdırov, Daşkəsən Elektrik Şəbəkəsi ərazi partiya təşkilatının sədri Sahib Hüseynov və digər partiya üzvləri iştirak ediblər.

Yığıncaqda çıxış edənlər qeyd ediblər ki, qloballaşan dünyada şəhərsalma insan həyatının keyfiyyətinin artırılması, ətraf mühitin qorunması və iqtisadi inkişaf baxımından əsas prioritetlərdəndir. Ümummilli Lider tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən proqramlar, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın bu sahədə regionun qabaqcıl ölkələrindən birinə çevrildiyini göstərir.

Seçilən
12
2
yeniazerbaycan.com

3Mənbələr