AZ

“NATO NƏYİMIZƏ LAZIMDIR?” – Rubio da Alyansı hədələdi

“Biz niyə ümumiyyətlə NATO-dayıq?”.

Vətəninfo.az  xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Marko Rubio jurnalistlərin suallarını cavablandırarkən deyib.

O Alyans üzvlərini açıq şəkildə ABŞ-nin təşkilatı tərk edəcəyi ilə hədələyib.

“ABŞ NATO-nun və bu ittifaqın ölkəmiz üçün dəyərini yenidən nəzərdən keçirməli olacaq”, – deyə Rubio bildirib.

Alyans ölkələrinin ABŞ-nin İrana qarşı hərbi əməliyyatını dəstəkləməməsindən məyusluğunu gizlədə bilməyən Rubio deyib: “NATO ABŞ-yə öz bazalarından istifadə etməyə icazə vermədiyi üçün soruşmalıyıq: Niyə biz ümumiyyətlə NATO-dayıq? NATO təkcə Avropanı müdafiə etmək üçün deyil, həm də bizim milli təhlükəsizliyimizi təmin etmək üçün Avropada hərbi bazalar yerləşdirməyimizə imkan vermək üçün yaradılıb. Əgər NATO ittifaqının bu bazalardan maraqlarımızı müdafiə etmək üçün istifadə edə bilməyəcəyimiz nöqtəyə çatmışıqsa, deməli, bu, birtərəfli hərəkəti olan küçədir”.

Qeyd edək ki, bundan öncə Donald Tramp da dəfələrlə NATO-nun mövcudluğunu sual altına alan bəyanatlarla çıxış edib.

Seçilən
33
1
veteninfo.az

2Mənbələr