AZ

Fransa 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini məhdudlaşdırdı

Fransa 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.

Missiya.Az xəbər verir ki, qanuna əsasən, uşaqların fiziki, zehni və mənəvi inkişafına zərər verə biləcək sosial media platformaları "Arcom" tərəfindən müəyyən ediləcək.Siyahıdakı platformalara 15 yaşdan kiçik uşaqların girişi qadağan olunur, digər platformalara valideyn razılığı ilə giriş mümkündür.

Rəqəmsal işlər naziri Anne Le Henanff hökumətdən ilkin mətndəki ümumi qadağaya qayıtmağı xahiş etsə də, Senat birgə komitədə zəruri düzəlişlərin edilə biləcəyini bildirib. Məqsəd qanunun yeni tədris ilindən tətbiq olunmasıdır.

Qanun layihəsi 18 noyabr 2025-ci ildə parlamentə təqdim edilmiş və 26 yanvar 2026-cı ildə Milli Assambleya tərəfindən qəbul edilmişdi. Layihə sosial mediaya girişin yaş təsdiqi və məktəblərdə mobil telefon istifadəsinə məhdudiyyətləri də əhatə edir.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
30
missiya.az

1Mənbələr