AZ

1 ayda 582 nəfərin ölkədən çıxışına qadağa qoyulub - Rəsmi

Dövlət Sərhəd Xidməti əməkdaşları mart ayında 9 sərhəd pоzucusunu saxlayıb.

"Yeni Sabah" xəbər verir ki, onların 3-ü Azərbaycan, 3-ü Pakistan, 2-si İran, 1-i Qazaxıstan vətəndaşı оlub.

Budan başqa, ölkədən çıxışı qadağan edilmiş 582 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 11 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 7 milyon 573 min 290 manat оlan qaçaqmal, о cümlədən Rusiya valyutası, odlu silaha məxsus patronlar, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.


Telegram kanalımız
Seçilən
23
1
yenisabah.az

2Mənbələr