AZ

Asiya birjalarında qazın qiyməti 143 faiz artıb

Bakı, 1 aprel, AZƏRTAC

Hörmüz boğazının bağlı qalması Asiya dövlətlərinin iqtisadiyyatına digərlərinə nisbətən daha çox mənfi təsir göstərir ki, bu da özünü istehsalın azalmasında və bir sıra müəssisələrin bağlanmasında göstərir.

AZƏRTAC xəbər verir ki, Asiyanın Çin, Hindistan, Yaponiya, Cənubi Koreya kimi nəhəngləri enerji tələbatlarının 90 faizini Yaxın Şərqdən nəql olunan sıxılmış qazın (LNG) hesabına ödəyirdilər. Bu gün isə nəqliyyat sistemində yaranan problem iqtisadi inkişafı nəinki zəiflədib, onu geriyə doğru çəkir.

“Eurasia Group” investisiya bankının icraçı direktoru və siyasi risklərin təhlili idarəsinin rəhbəri Henninq Qloştayih (Henning Gloystein) bildirib ki, 2026-ci ildə Qətər Asiyaya 28 milyon ton LNG ixrac etməli idi. Lakin hələ ki, heç bir ixracdan söhbət getmir. Hərbi əməliyyatlardan qabaq Körfəzi tərk etmiş bir neçə LNG daşıyan gəmi az miqdarda yanacağı mənzil başına çatdıracaq və bundan sonra Asiyada əsl yanacaq böhranı başlayacaq. Onun sözlərinə görə, müharibə başa çatdıqdan sonra da böhran davam edəcək. Məsələ ondan ibarətdir ki, əvvəla hərbi əməliyyatların nə vaxt başa çatacağı məlum deyil, digər tərəfdən isə Qətərdə və başqa Yaxın Şərq ölkələrində raket zərbələri nəticəsində dağıdılan infrastrukturun bərpası illərlə davam edəcək.

Asiyanın inkişaf etməkdə olan Vyetnam və Tailand kimi dövlətləri enerji böhranını daha çox hiss edəcəklər və bu dövlətlər ehtiyacaları olan elektrik enerjisini almaq üçün kömürdən istifadə etməyə hazırlaşırlar.

Yaxın Şərqdə müharibə başlayandan bu günə kimi Asiya birjalarında qazın qiyməti 143 faiz artıb və qiymət artımı davam edir. Asiya ölkələri ABŞ-dan da LNG ixrac edirdilər. Müharibə ilə əlaqədar olaraq ABŞ-ın özündə enerjidaşıyıcıların qiyməti artdığı üçün hökumət ixracı azaldaraq daxili bazarda sabitliyi qorumağa çalışır.

Seçilən
14
2
azertag.az

3Mənbələr