AZ

Rusiyada neft-kimya zavodunda baş vermiş partlayışla əlaqədar matəm elan edilib

Nijnekamsk şəhərinin meri Radmir Belyayev "Nijnekamskneftxim" ( SİBUR" şirkətinə daxildir) neft-kimya zavodunda baş vermiş qəza və insanların həlak olması ilə əlaqədar Nijnekamskda üç günlük matəm elan edib.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Hadisə ilə əlaqədar bütün əyləncə və kütləvi tədbirlər ləğv olunub. Müəssisə binalarında dövlət bayraqları yarıya endiriləcək.

Xatırladaq ki, martın 31-də "Nijnekamskneftxim" neft-kimya zavodunda partlayış, ardınca isə güclü yanğın baş verib. Üç nəfər, o cümlədən bir yanğınsöndürən həlak olub, 72 nəfər xəsarət alıb, onlardan 21-i xəstəxanaya yerləşdirilib.

""Nijnekamskneftxim"in sintetik kauçuk istehsalı müəssisəsində avadanlığın hermetikliyinin pozulmasının nəticələrinin aradan qaldırılması işləri zamanı hələlik müəyyən edilməmiş mənbədən qaz qarışığının alovlanması və bunun ardınca partlayış baş verib", - deyə şirkət bildirib.

Hadisə ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinin 217-ci maddəsi (təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi tələblərinin pozulması) üzrə istintaq başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
19
olaylar.az

10Mənbələr