Rusiya Hərbi Dəniz Qüvvələrində gəmi və qayıqların uzunmüddət xidmətdə olması, eləcə də gəmilərin hazırlanmasında və silahla təmin edilməsində innovasiyaların aşağı səviyyədə tətbiq olunması donanmanın döyüş qabiliyyətinə mənfi təsir göstərir.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi, Hərbi Dəniz Qüvvələri Kollegiyasının rəhbəri Nikolay Patruşev qurumun iclasında bildirib.
Patruşev qeyd edib ki, donanmanın döyüş qabiliyyətinə mənfi təsir göstərən bir sıra amillər qeydə alınıb: “İlk növbədə, onun tərkibində gəmi və qayıqların uzunmüddətli xidmətdə olması, gəmilərin və onların silahlarının hazırlanmasında texnoloji innovasiyaların aşağı səviyyədə tətbiq olunması”.
Bəxtiyar CƏFƏRLİ