AZ

Britaniyanın baş naziri Trampın təhdidinə belə cavab verdi

Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ Prezidenti Donald Trampın ölkəsini NATO-dan çıxarmaqla bağlı təhdidinə cavab verib.

"Unikal" xəbər verir ki, onun sözlərini "Sky News" nəşri sitat gətirib. 

"NATO dünyanın indiyə qədər gördüyü ən təsirli hərbi ittifaqdır. O, bizə onilliklərdir ki, təhlükəsizlik təmin edib və biz NATO-ya tam sadiqik", - deyə o bildirib.

Starmer əlavə etdi ki, özünə və digər milli liderlərə "təzyiq nə olursa olsun", o, "milli maraqları" birinci yerə qoyacaq və Britaniyanı müharibədən uzaq tutacaq.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl "The Telegraph" qəzetinə verdiyi müsahibədə müttəfiqlərinin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməməsindən sonra ABŞ-nin NATO-dan çıxmasını ciddi şəkildə düşündüyünü bildirmişdi.

Tramp Şimali Atlantika Alyansını "kağız pələng" adlandırıb və ABŞ-nin müdafiə alyansından çıxması məsələsinin artıq "yenidən baxılma mövzusu olmadığını" söyləyib. 

Gülayə Mecid 

Seçilən
30
50
unikal.az

10Mənbələr