AZ

Putinlə Paşinyan arasında danışıqlar səhər yeməyi zamanı davam etdiriləcək - Kreml

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya-Ermənistan danışıqlarından sonra ünsiyyəti işgüzar səhər yeməyi zamanı təkbətək formatda davam etdirəcəklər.

Missiya.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Danışıqlarda liderlər ikitərəfli məsələləri, həmçinin Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.

Görüşün əsas məqsədi Rusiya‑Ermənistan strateji tərəfdaşlığını gücləndirmək və regionda əməkdaşlıq imkanlarını müzakirə etməkdir.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
24
missiya.az

1Mənbələr