Bakı. Trend:
Azərbaycan və Türkmənistan arasında iqtisadi sahədə işbirliyiningenişləndirilməsi müzakirə edilib.
Trend xəbərverir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri MikayılCabbarov "X" hesabında paylaşım edib.
"Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan -Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədriNökərqulı Ataqulıyevlə görüşdə ölkələrimiz arasında iqtisaditərəfdaşlığın davamlı inkişafının önəmini vurğuladıq.
İkitərəfli əməkdaşlığın strateji prioritetlərini, enerji,nəqliyyat, logistika, tranzit və digər sahələrdə işbirliyiningenişləndirilməsini müzakirə etdik", - paylaşımda qeyd edilib.
Xəbər yenilənəcək