Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüşün təfərrüatlarını açıqlayıb.
"Yeni Sabah" RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Prezidenti mətbuat katibinin sözlərinə görə, aprelin 1-də liderlər ikitərəfli gündəmlə bağlı məsələləri, eləcə də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.
“Daha sonra Putin və Paşinyan işgüzar səhər yeməyi zamanı təkbətək ünsiyyətlərini davam etdirəcəklər”, - Peskov bildirib.
Telegram kanalımız