AZ

SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Misirin Dövlət Neft Korporasiyası (EGPC) arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən çərçivə müqaviləsi imzalanıb. Bu barədə  SOCAR-dan məlumat verilib.

Bildirilib ki, imzalanma mərasimi 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi ("EGYPS 2026") çərçivəsində baş tutub.

Tədbirdə enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri və müasir texnologiyaların tətbiqi kimi aktual məsələlər müzakirə olunub.

SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov tədbir çərçivəsində panel müzakirələrində çıxış edərək Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu və Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini diqqətə çatdırıb.

Seçilən
10
5
anews.az

10Mənbələr