AZ

Britaniyanın təşəbbüsü ilə Hörmüz boğazı ilə bağlı təhlükəsizlik konfransı keçiriləcək

Bakı. Trend:

Bu həftə Hörmüz boğazının bağlanması məsələsinə həsr olunmuştəhlükəsizlik konfransı keçiriləcək.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə mətbuat konfransında BöyükBritaniyanın Baş naziri Kir Starmer bildirib.

“Böyük Britaniya Fars körfəzində dəniz təhlükəsizliyinin birgətəmin olunmasına yönəlmiş niyyət bəyanatımız ətrafında 35 ölkənibirləşdirib. Bu gün elan edə bilərəm ki, həftənin sonlarına doğruxarici işlər naziri (İvett Kuper) bu ölkələri ilk dəfə bir arayagətirəcək görüş keçirəcək. Həmin görüşdə gəmiçiliyin azadlığınıbərpa etmək, blokadada qalan gəmilərin və dənizçilərintəhlükəsizliyini təmin etmək, eləcə də həyati əhəmiyyətli yüklərindaşınmasını yenidən başlatmaq üçün görə biləcəyimiz real diplomatikvə siyasi tədbirləri müzakirə edəcəyik”, – britaniyalı hökumətbaşçısı bildirib.

Xatırladaq ki, martın 19-da Böyük Britaniya, İtaliya, Niderland,Fransa, Almaniya və Yaponiya liderləri birgə bəyanat yayaraq İranıtəhdidlərini, mina yerləşdirilməsini, pilotsuz uçuş aparatları vəraket zərbələrini, həmçinin Hörmüz boğazını kommersiya gəmiçiliyiüçün bağlamağa yönəlmiş digər cəhdləri dərhal dayandırmağaçağırıblar. Daha sonra bu bəyanata Avropanın bir sıra ölkələri iləyanaşı Avstraliya, Bəhreyn, Dominikan Respublikası, Kanada, YeniZelandiya, Panama,BƏƏ və Koreya Respublikası da daxil olmaqla20-dən çox dövlət qoşulub.

Məqalədə:
Seçilən
26
az.trend.az

1Mənbələr