Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova aprelin 2-də Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.
Parlamentdən Redaktor.az-a verilən məlumata görə, deputat orada Türkiyə Ailə Hüququ Akademiyası tərəfindən keçiriləcək 2-ci beynəlxalq Ailə, qadın və uşaq hüquqları konfransında iştirak edəcək. Komitə sədrinin konfransda çıxışı nəzərdə tutulub.
Səfər aprelin 4-də başa çatacaq.