AZ

Suqovuşanda minaya düşən şəxsin SON DURUMU

Xəbər verdiyimiz kimi, Suqovuşanda mina hadisəsi baş verib. Hadisə nəticəsində Suqovuşan qəsəbəsi sakini Məhərrəmov Mahir Abdulla oğlu xəsarət alıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasındsn Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs (kişi) 01.04.2026-cı il tarixində saat 15:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Sağ ayaq aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağır qiymətləndirilir.

Naibə Məmmədova, Bizim.Media

Seçilən
33
5
bizim.media

10Mənbələr