AZ

Paşinyan Putinlə təkbətək görüşəcək YENİLƏNİB

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya lideri  Vladimir Putin arasında bugünkü görüşün formatını müzakirə edib.

Modern.az xəbər verir ki, Peskovun sözlərinə görə, bu gün Ermənistan-Rusiya danışıqları keçiriləcək və iki lider ikitərəfli gündəliyi, eləcə də Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.

"Bundan sonra Putin və Paşinyan işgüzar səhər yeməyi zamanı təkbətək danışıqlarını davam etdirəcəklər", - deyə Peskov söyləyib.

***Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bu gün Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfər çərçivəsində Paşinyan Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşəcək.Putin və Paşinyan geniş spektrli məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
modern.az

1Mənbələr