AZ

Qızıl alanlar uduzdu? Bir gecədə kəskin ucuzlaşdı

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Son aylar dünya bazarlarında sürətli bahalaşma ilə diqqət çəkən qızılın qiymətində kəskin geriləmə müşahidə olunur. Beynəlxalq birjalarda, o cümlədən COMEX üzərindən aparılan ticarət əməliyyatlarında qızılın dəyəri təxminən 10%-ə yaxın azalaraq 1 unsiya üçün 4 150 dollara qədər enib. Bu isə qramla hesablandıqda təxminən 133–134 dollar civarında qiymət deməkdir və 2025-ci ilin noyabrından bəri ən aşağı səviyyə kimi qiymətləndirilir. Eyni zamanda, qızılla paralel olaraq gümüş bazarında da ucuzlaşma tendensiyası müşahidə olunur.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, bu vəziyyətin əsas səbəblərini bir neçə makroiqtisadi və maliyyə faktorları ilə izah edə bilərik:“Qızıl ABŞ dolları ilə qiymətləndirilir və dolların digər valyutalara qarşı möhkəmlənməsi beynəlxalq bazarda qızılın daha baha görünməsinə səbəb olur, bu da tələbin azalmasına yol açır. Faiz dərəcələrinin artması da əsas faktorlardandır. Yüksək faiz mühitində investorlara dövlət istiqrazları və depozitlər daha çox gəlir gətirir, qızıl kimi faiz gəliri verməyən aktivlərin cəlbediciliyi azalır. Qlobal maliyyə bazarlarında investorlar riskli aktivlərə üstünlük verdikdə qızıl kimi təhlükəsiz liman aktivlərinə tələbat azalır. Son göstəricilər ABŞ və Avropa iqtisadiyyatlarında inflyasiya təzyiqlərinin azalacağını göstərir, bu da qızılın əsas investisiya motivi olan inflyasiyaya qarşı sığorta funksiyasını zəiflədir. Bundan başqa qızıl qiymətləri əvvəlki aylarda sürətlə yüksəldiyi üçün bazarda təbii düzəliş, yəni korreksiya baş verir”. O deyib ki, ucuzlaşma qlobal maliyyə bazarlarına da təsir göstərir:“İnvestorlar portfellərində düzəlişlər edərək riskli aktivlərə yönələ bilər, maliyyə likvidliyi və sərmayə axınları buna uyğun dəyişir. Ucuzlaşma qısa müddətli alım fürsətləri yarada bilər və uzunmüddətli perspektivdə qızıl hələ də sərmayəçilər üçün təhlükəsiz liman rolunu qoruyur. Qiymətli metallar bazarındakı hərəkətlər həm investorlar, həm də maliyyə analitikləri üçün diqqətlə izlənir və qlobal iqtisadi göstəricilər bu tendensiyanın davamını müəyyən edəcək”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
66
27
demokrat.az

10Mənbələr