AZ

İqor Yuşkov: Rusiya-Azərbaycan qaz mübadiləsi ticarət üçün yeni imkanlar yaradır

Bakı, 1 aprel, AZƏRTAC

Rusiya və Azərbaycan qazın svop əməliyyatları vasitəsilə mübadiləsi imkanlarını aktiv şəkildə müzakirə edirlər. Bu, qazın fiziki olaraq ərazidən ötürülməməsinə və regional istehlakçılar üçün tədarükün optimallaşdırılmasına şərait yaradacaq.

AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında rusiyalı ekspert, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov bu barədə məlumat verib.

O izah edib ki, Azərbaycan öz yataqlarından İrana qaz tədarük edəcək, Rusiya isə svop sxemi çərçivəsində Azərbaycan ərazisindən fiziki tranzit həyata keçirmədən şimal istehlakçıları üçün analoji həcmdə qazı təmin edəcək. Analitikin sözlərinə görə, bu layihə üzrə danışıqlar bir ildən artıqdır ki, davam edir. Bölgədəki hərbi əməliyyatlar başa çatdıqdan sonra, növbəti isitmə mövsümünə qədər layihənin tam tətbiqi mümkündür ki, bu da regional əməkdaşlıq üçün yeni perspektivlər açacaq.

Yuşkov əlavə edib ki, bu cür svop mexanizmləri təchizat idarəetməsində çeviklik yaradır və ölkələr arasında etimadı gücləndirir, eyni zamanda, qaz nəqli sistemlərinin maliyyə səmərəliliyini artırır. Ekspert əmindir ki, bu cür sxemlərin uğurlu tətbiqi digər regional enerji təşəbbüsləri üçün nümunə ola bilər.

Müəllif – Tamilla Məmmədova

Seçilən
10
2
azertag.az

3Mənbələr