AZ

Beyin qərarları insandan əvvəl verir

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son illərdə aparılan tədqiqatlar göstərir ki, insan beyni düşündüyümüzdən daha mürəkkəb işləyir və qərarvermə prosesi şüurumuzdan əvvəl başlaya bilər. 

Maraqlıdır bu proses necə baş verir? 

“Cebheinfo.az” -ın araşdırmasına görə, Harvard Universitetinin 2008-ci ildə apardığı məşhur təcrübə bu mövzuda ən əyani sübutlardan biridir. Təcrübədə iştirakçılardan sadə seçimlər etmələri tələb olunub: 

hansı düyməyə basacaqlarını seçmək. fMRI cihazı ilə beyin fəaliyyəti izlənib və nəticələr göstərib ki, iştirakçılar düyməyə basmaq qərarını şüur altında qəbul etmədən təxminən 7 saniyə əvvəl prefrontal korteks və motor korteksdə aktivlik müşahidə olunub. 

İnsanlar isə qərarı yalnız həmin anda verdiklərini düşünürdülər. Bu, qərarvermənin beynimizdə şüurumuzdan əvvəl başladığını göstərir. Oxşar nəticələr Benjamin Libet-in 1980-ci illərin sonu və 2011-ci ildəki təcrübələrində də təsdiqlənib. 

Libet iştirakçılardan istədikləri zaman əllərini hərəkət etdirmələrini istəyib və beyin dalğalarını (EEG ilə) ölçüb. Nəticələr göstərib ki, beynin hərəkəti planlaması şüurdan 0,3 saniyə əvvəl baş verir. Libet, həmçinin “özgür iradə” anlayışını araşdıraraq, şüurun qərarımızın başlanğıcı olmadığını göstərən nəzəri sübutlar təqdim edib. 

2012-ci ildə John-Dylan Haynes və komandası da bu mövzuda daha irəli gedərək, insan beyninin qərarını hətta 10 saniyə əvvəl proqnozlaşdırma qabiliyyətini göstərib. Onlar iştirakçıların hansı düyməyə basacağını əvvəlcədən fMRI ilə müəyyən ediblər və nəticələr 60-70% dəqiqliklə uyğun gəlib. 

Bu isə beynin qərarvermə prosesini yalnız şüur tərəfindən yox, şüuraltı proseslərin də idarə etdiyini göstərir. Bu tədqiqatlar bir daha göstərir ki, insan azad iradəsi “ani” deyil, qərarlarımızın böyük hissəsi şüuraltı səviyyədə formalaşır. Bu, gündəlik həyatda seçimlərimizin emosiyalar, keçmiş təcrübələr, sosial faktorlar və hətta genetik predispozisiyalardan təsirləndiyini izah edir. 

Məsələn, ani qərarlar verərkən “niyə belə etdim?” sualının cavabı beynimizin əvvəlcədən işləyən mexanizmlərində gizlənmiş olur. Beləliklə, insan beyni bizdən əvvəl işləyən güclü bir mexanizmdir və şüur yalnız nəticəni müşahidə edir.

Bu, insan davranışlarını, seçimlərini və psixologiyasını daha dərindən anlamağa imkan verir və elmi baxımdan insan azad iradəsi anlayışına yeni perspektivlər təqdim edir. 

Aişə Abdulova 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr