AZ

UNEC-də "Elm Günləri"nə start verilib: Akademik varislik, innovasiya və Qarabağ Universitetinə dəstək missiyası (FOTO)

Bakı. Trend:

Aprelin 1-də UNEC-də ənənəvi olaraq hər il keçirilən "ElmGünləri"nə start verilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, UNECrektoru professor Ədalət Muradov, Milli Məclisin Elm və təhsilkomitəsinin sədri, professor Anar İsgəndərov, akademik Əli Abbasov,millət vəkilləri, elm adamları, universitetin professor-müəllimheyəti və tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevinbüstü önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinidərin ehtiramla yad ediblər.

Sonra İqtisad Universitetinin inkişafında və elmi simasınınformalaşmasında müstəsna xidmətləri olmuş 10 görkəmli professorunxatirəsini yaşatmaq məqsədilə onların yağlı boya ilə çəkilmişportretlərinin açılışı olub.

Tədbirin rəsmi açılışında çıxış edən rektor, professor ƏdalətMuradov bildirib ki, UNEC-də keçirilən "Elm Günləri" akademikvarisliyin qorunması və elmi irsə ehtiramın ifadəsi kimi mühüməhəmiyyət daşıyır. Rektor vurğulayıb ki, süni intellektin (Sİ)sürətli inkişafı fonunda universitet elmi yeni transformasiyamərhələsinə qədəm qoyur. O, müasir universitet modelində tədris vətədqiqat arasındakı balansın bərpasının, müəllim əməyininqiymətləndirilməsi sisteminə keyfiyyət meyarları əsasında yenidənbaxılmasının strateji vacibliyini qeyd edib. Həmçinin, rəqəmsaldövrün tələbi kimi mərkəzləşdirilmiş data infrastrukturunun vəvahid elektron elmi kitabxana sisteminin yaradılması təklifiniirəli sürüb.

Çıxışının sonunda professor Ədalət Muradov iki təşəbbüslə çıxışedib. O, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağdatəhsilin dirçəldilməsinə dəstək olaraq, şəxsi kitabxanasındanQarabağ Universitetinə 500 kitab hədiyyə etdiyini bildirib vəhəmkarlarını bu aksiyaya qoşulmağa çağırıb. Eyni zamanda, UNEC-in 5milyonluq zəngin resursa malik elektron kitabxanasının QarabağUniversitetinin müəllim və tələbələri üçün tam açıq olacağını elanedib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli elmin cəmiyyətintərəqqisindəki fundamental rolundan bəhs edərək, UNEC-in sonillərdə beynəlxalq reytinqlərdə qazandığı tarixi uğurları vəinkişaf dinamikasını yüksək qiymətləndirib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovisə ölkədə elm və təhsilin davamlı inkişaf mərhələsində olduğunu,UNEC-in bu sahədə tamamilə yeni və nümunəvi bir səviyyəyəyüksəldiyini vurğulayıb.

Tədbir çərçivəsində akademik Əli Abbasov "Süni İntellektdövründə elm və təhsil: transformasiya və səmərəli strategiyalar"mövzusunda elmi məruzə ilə çıxış edərək, Sİ-nin tədrisinavtomatlaşdırılmasında və milli dillər üçün lokal modellərinyaradılmasında həlledici rolunu diqqətə çatdırıb.

Sonra elm və innovasiyalar üzrə prorektor professor RövnəqRzayev universitetin 12 elmi jurnalı haqqında geniş təqdimatlaçıxış edib.

Sonda isə elmmetrik göstəriciləri yüksək olan UNEC əməkdaşlarıvə struktur bölmələr təltif olunublar.

Qeyd edək ki, aprelin 3-dək davam edəcək "Elm Günləri" proqramıçərçivəsində panel müzakirələri, yeni kitab təqdimatları vəintellektual yarışların keçirilməsi və digər tədbirlər nəzərdətutulub.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Seçilən
40
3
az.trend.az

4Mənbələr