AZ

Bakıda ər-arvadın meyiti kirayə yaşadıqları evdə tapıldı

Bakıda ər-arvad kirayə yaşadıqları mənzildə ölmüş vəziyyətdə tapılıblar.

 

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə Xətai rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 1969-cu il təvəllüdlü Ayət Məmmədov və 1976-cı il təvəllüdlü arvadının meyiti Araz Novruzov küçəsi 26 ünvanında kirayə yaşadıqları fərdi yaşayış evində aşkarlanıb.

 

Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

 

Hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Seçilən
6
5
senzor.az

6Mənbələr