ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina DÇ-2026-nı pley-off finalında Bosniya və Herseqovinaya məğlubiyyətindən (1:1, pen. - 1:4) sonra baş məşqçi Cennaro Qattuzonun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Qurumun rəhbəri DÇ-2026-ya vəsiqə qazana bilməməklərinə baxmayaraq, italiyalı mütəxəssslə yolları ayırmaq niyyətində olmadıqlarını vurğulayıb:
"Mən Cennaro Qattuzodan vəzifəsindən ayrılmamasını və komanda ilə işləməyə davam etməsini xahiş etdim".
Qeyd edək ki, İtaliya millisi tarixində ilk dəfə ardıcıl 3 dünya çempionatını buraxacaq. Sözügedən yığma sonuncu dəfə DÇ-2014-də iştirak edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.