AZ

Rusiya və Ermənistan birgə AES tikintisinə hazırlaşır

Ermənistan və Rusiya ölkədə yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.

"Deməliyəm ki, hazırda yeni enerji texnologiyalarının inkişafı üçün Rusiya tərəfi ilə çox sıx əməkdaşlıq edirik. Həmçinin Rusiya Federasiyası ilə yeni atom elektrik stansiyasının tikintisini də müzakirə edirik", - deyə Paşinyan bildirib.

Eyni zamanda, Ermənistanın Baş naziri qeyd edib ki, Rusiya İrəvanın yeganə tərəfdaşı deyil. Hazırda ölkə ən əlverişli təklifi axtarır.

Ermənistanda fəaliyyətdə olan atom elektrik stansiyası - Ermənistan (Metsamor) Atom Elektrik Stansiyası var. O, İrəvandan 30 km qərbdə, Metsamor şəhəri yaxınlığında yerləşir və ölkənin elektrik enerjisinə olan ehtiyacının 40%-ə qədərini təmin edir.

Seçilən
6
3
bakivaxti.az

4Mənbələr