AZ

Dövlət rəmzlərinin istifadəsinə hüquqi məhdudiyyət gücləndirilir Deputat yenilikdən DANIŞDI

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dövlət rəmzləri (bayraq, gerb), pul nişanları, onların adları və tanınan hissələrini özündə saxlayan, əks etdirən və ya təqlid edən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Patent haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Milli Məclisin deputatı Aydın Hüseynov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, son dövrlərdə qanunvericilikdə edilən dəyişikliklər dövlət rəmzlərinin qorunmasına daha ciddi yanaşmanın formalaşdığını göstərir:

"“Patent haqqında” qanuna edilən son dəyişikliklərə əsasən, dövlət rəmzlərini, pul nişanlarını və ya onların tanınan hissələrini özündə əks etdirən obyektlər artıq sənaye nümunəsi kimi hüquqi mühafizə ala bilməyəcək. Bu dəyişiklik ilk növbədə dövlət atributlarının xüsusi statusunu qorumağa xidmət edir. Bayraq, gerb və pul nişanları hər bir ölkənin suverenliyini, tarixini və milli kimliyini əks etdirən vacib simvollardır. Onların hər hansı məhsul üzərində istifadə olunaraq fərdi mülkiyyət obyektinə çevrilməsi isə müəyyən mənada bu simvolların dəyərinin azalmasına səbəb ola bilər. Yeni qaydalar məhz bunun qarşısını almağı hədəfləyir".

Millət vəkilinin sözlərinə görə, əvvəllər bəzi hallarda sahibkarlar və ya dizaynerlər müxtəlif məhsullar üzərində dövlət rəmzlərinə bənzər elementlərdən istifadə edərək həmin dizaynları qeydiyyatdan keçirməyə çalışırdılar:

"Bu isə gələcəkdə həmin simvolların istifadəsi ilə bağlı hüquqi mübahisələr yarada bilərdi. Yeni dəyişikliklər bu cür halların qarşısını alaraq dövlət rəmzlərinin hamı üçün açıq və eyni zamanda qorunan statusunu təmin edir. Digər tərəfdən, bu qərar dizayner və istehsalçıların yaradıcılığına da müəyyən istiqamət verir. Onlar artıq dövlət rəmzlərinə əsaslanmaq əvəzinə daha orijinal və fərdi dizaynlar yaratmağa təşviq olunurlar. Bu isə ümumilikdə bazarda daha innovativ və müxtəlif məhsulların yaranmasına səbəb ola bilər.

Nəticə etibarilə, edilən dəyişiklik həm hüquqi, həm də mənəvi baxımdan əhəmiyyətlidir. Bu addım dövlət simvollarının hörmətini qorumaqla yanaşı, onların kommersiya məqsədilə sui-istifadəsinin qarşısını alır və daha sağlam hüquqi mühitin formalaşmasına şərait yaradır".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
redaktor.az

2Mənbələr