AZ

Gürcüstan Parlamenti Seçki Məcəlləsində beynəlxalq müşahidəçilərlə bağlı dəyişiklik edib

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Gürcüstan vətəndaşları beynəlxalq müşahidəçi kimi qeydiyyatdan keçə bilməyəcək. Gürcüstan Parlamenti Seçki Məcəlləsində bununla bağlı dəyişiklikləri qəbul edib.

AZƏRTAC xəbər verir ki, dəyişiklik nəticəsində beynəlxalq müşahidə missiyalarında Gürcüstan vətəndaşları artıq müşahidəçi kimi qeydiyyatdan keçə bilməyəcək.

Qanunvericiliyə edilən dəyişikliklərə görə, beynəlxalq müşahidəçi yalnız xarici ölkə vətəndaşı ola bilər.

Qanun layihəsinin təşəbbüskarı, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatı Davit Matikaşvili bildirib ki, bu dəyişiklik beynəlxalq müşahidəçilərin qiymətləndirmələrinin siyasi amillərdən və partiyaların maraqlarından təsirlənməməsi məqsədi daşıyır.

“Seçki proseslərinin qiymətləndirilməsi maksimum obyektiv və neytral olacaq”, – deyə, deputat bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
4
yeniazerbaycan.com

5Mənbələr