AZ

“Tələbə kontingenti çox olan təhsil müəssisələrini şəhərdən kənara köçürmək lazımdır Elçin Əfəndi

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

 “Tələbə kontingenti 20 mindən çox olan təhsil müəssisələrini şəhərdən kənara köçürmək lazımdır. Buraya Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və s. daxildir. Tələbələrin gündəlik olaraq ictimai nəqliyyat, yaxud şəxsi avtomobillərindən istifadə etməsi də sıxlığa səbəb olan amillərdəndir. Bu universitetlərin Abşeron rayonu, yaxud Qəbələ, Şamaxı, Şirvan şəhəri kimi Bakıya daha yaxın ərazilərə köçürülməsi arzuolunandır. Bu köçürülmə həmin şəhərlərin də inkişaf etməsinə öz müsbət təsirini göstərə bilər”.

Bunu 525.az-a təhsil eksperti Elçin Əfəndi söyləyib. Ekspert vurğulayıb ki, universitetləri şəhər ətrafına, bölgələrə köçürmək üçün yeni binalar və kampuslar inşa etmək lazımdır. Bu cür iri layihəni həyata keçirmək böyük vəsait tələb edir. Bəzi universitetlərin paytaxtdan çıxarılması məsələsi gündəmdədir. Bu fonda Bakı Dövlət Universiteti istisna olmaqla, tələbə kontingenti çox olan və yol-nəqliyyat infrastrukturuna, şəhərdə hərəkətin davamlılığına maneə yaradan universitetlərin Bakıdan kənara köçürülməsi daha məqsədəuyğun olardı:

“Universitetlərin şəhərin mərkəzindən kənar ərazilərə köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Məsələn, qardaş Türkiyədə bir çox universitetlər ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərir. Onların bir çoxunda tələbələr üçün bütün şəraitin mövcud olduğu tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Ali məktəblərin kampuslarının olması təcrübəsi dünyada var. Tələbə yataqxanada qalırsa, o, universitet ərazisini demək olar ki, tərk etmir. Bizdə də tələbələrə bu imkanlar yaradılacaqmı? Əsas məsələ budur”.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
525.az

1Mənbələr