AZ

Rusiya Baş nazirinin müavini: Azərbaycanla sərhəddəki məntəqələrin keçid qabiliyyəti 5 dəfə artıb

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Baltikyanı və Cənubi Asiya arasındakı "Şimal-Cənub" nəqliyyat dəhlizi Süveyş kanalından keçən marşrutun demək olar ki, yarısı qədərdir: 35-45 gün əvəzinə 15-20 gün.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Beynəlxalq Nəqliyyat və Logistika Forumu zamanı Rusiya Baş nazirinin müavini Vitali Savelyev bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə bu marşrutla 21,5 milyon ton yük daşınıb.

Savelyev vurğulayıb ki, 2022-ci ildən Azərbaycanla sərhəddəki məntəqələrin keçid qabiliyyəti 5 dəfə artıb. İrana konteyner daşımaları 60% artıb və orta çatdırılma müddətləri 33 gündən 16 günə enib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
icma.az

4Mənbələr