AZ

Qeyri pedaqoji ixtisaslara malik şəxslərin işə qəbulu üçün müsabiqə!

Azpost saytına istinadən ain.az xəbər verir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qeyri-pedaqoji ixtisaslara malik şəxslərə müraciət edib.

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib. Siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaq.

Nəzərinizə çatdırırıq ki, hər il müsabiqəyə buraxılacaq ixtisasların siyahısı “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın əlavəsində qeyd edilən ixtisaslara müvafiq olaraq müəyyənləşdirilir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
16
azpost.info

10Mənbələr