AZ

Putin: Rusiyanın Ermənistanla ticarət dövriyyəsi 6,4 milyard dollar təşkil edir

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ötən il Rusiya və Ermənistanın ticarət dövriyyəsi 6,4 milyard dollar təşkil edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

"İki il əvvəl dövriyyə 11 milyard dollar idi. Ötən, 2025-ci ildə isə - 6,4 milyard dollar. Diqqəti ona yönəltmək istəyirəm ki, bu qonşu ölkə, Azərbaycanla - 5 milyard dollardan azdır - 4,9 milyard dollardır", - Putin deyib.

O əlavə edib ki, 6,5 milyard dollardan 1,2 milyard dolları kənd təsərrüfatı məhsullarının payına düşür: "Tərəvəz, meyvə, şərab - Ermənistanın ixrac etdiyi hər şey".

"Mənim fikrimcə, bəzi məsələlər münasibətlərimiz üçün çox vacibdir - bu, məsələn, energetikadır", - Putin qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
baku.ws

2Mənbələr