İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
Azərbaycanda itkin düşən 10 nəfər polis əməkdaşları tərəfindən tapılıb.Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, martın 31-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.