AZ

Hüqo Ekitike "Real Madrid"in hədəfində

"Liverpul"dakı möhtəşəm debüt mövsümündən sonra fransalı hücumçu Hüqo Ekitike İspaniya nəhənginin diqqətini çəkib.

Fanat.Az xəbər verir ki, "TEAMtalk"ın yaydığı məlumata görə, 23 yaşlı futbolçu "Real Madrid"in transfer siyahısında sürətlə yüksəlib.

Madrid klubunun baş skautu Juni Kalafat Avropanın bu elita istedadını yaxından izləməyə davam edir.

"Kral klubu" Ekitikeni dünyanın ən yaxşı hücumçularından biri kimi görür və gələcək planlarına daxil etməyi düşünür.

Seçilən
1
1
fanat.az

2Mənbələr