“Mesaj mübadiləsi davam edir, lakin bunlar danışıqlar deyil. Hazırda danışıqlar üçün heç bir əsas yoxdur. Güvən sıfırdır”.
Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera”ya müsahibəsində deyib.
O bildirib ki, ABŞ-la danışıqların nəticə verəcəyinə əminlik yoxdur:
Biz ultimatumları qəbul etmirik. Heç kim bizə son tarix təyin edə bilməz. İran xalqı ilə təhdid və ultimatum dili ilə danışmaq olmaz. Siz İran xalqı ilə hörmətlə danışmalısınız”.
ABŞ-la İsrailin quru əməliyyatına başlamağa cəsarət edəcəklərini düşünmürəm. Onlar böyük itkilərə məruz qalacaqlar. Ölkəmizə qarşı istənilən quru təhlükəsinə qarşı tam hazırıq”.
Bizim.Media