AZ

Sürücüsüz taksilərə hazırıq? AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sürücüsüz taksi xidməti bir çox ölkədə tətbiq olunur və sərnişinlər üçün rahatlıq təmin edir. Azərbaycanda isə taksi sürücülərinin sayı kifayət qədər çoxdur və bu sahədə işçi bazarı hələ doludur. Belə bir layihənin həyata keçirilməsi potensial olaraq işsizlik riskini yarada bilər. Eyni zamanda, sürücüsüz taksilərin tətbiqi üçün texnoloji infrastruktur, yol təhlükəsizliyi qaydaları və qanunvericilik kimi bir sıra çatışmazlıqlar mövcuddur.Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, insansız idarəetmə sistemləri, "Android" sistemlərinə, ağıllı və smart sistemlərə əsaslanaraq tətbiq olunur:"Bu praktikaya ümumi olaraq bir neçə aspektdən yanaşmaq lazımdır. Yəni, taksi və ya istənilən nəqliyyat vasitəsinin idarə edilməsində sürücüyə ehtiyac hələ də vacibdir. Bizdə bu texnologiyalar hələ inkişaf etməyib. Yüksək texnologiyaların inkişafını Yaponiya və ya digər qabaqcıl ölkələrlə bərabər tutmaq mümkün deyil. Eyni zamanda, texnologiya fərqindən əlavə, psixoloji hazırlıq da olmalıdır".Ekspert bildirib ki, yol infrastrukturu sürücüsüz nəqliyyatın tətbiqi üçün ən vacib amillərdən biridir. İnsansız avtomobillərin təhlükəsiz hərəkəti üçün ara məsafəsinin dəqiq ölçülməsi və texnoloji üstünlüklərin tam təmin olunması vacibdir. Əks halda, infrastrukturun qeyri-mükəmməlliyi nəqliyyat vasitələrinin tezliklə sıradan çıxmasına və ya qəza risklərinə yol aça bilər."Yol infrastrukturu da buna uyğun olmalıdır, əks halda nəqliyyat vasitəsinin zədələnməsi və ya tez sıradan çıxması mümkündür.Hazırda biz bu prosesə tam hazır deyilik. Hazır olduqda isə, düşünmürəm ki, gəlir sahibi, sahibkar üçün fərq olacaq. İstər sürücülü, istər sürücüsüz olsun, sahibkar qazanc əldə edəcək. Buradakı əsas fərq insanların işsiz qalma riski ilə bağlıdır. Mən hesab edirəm ki, texnologiya və elm nə qədər inkişaf etsə də, insan əməyi, psixologiyası və beyni ilə idarə olunan iş yerləri qalmaqda davam edəcək. Zaman-zaman bəzi iş yerləri sıradan çıxsa da, yeniləri ilə əvəz oluna bilər".Azərbaycanın mövcud yol infrastrukturu və qanunvericilik bazası sürücüsüz taksilərin yaxın gələcəkdə kütləvi tətbiqini çətinləşdirir. Texnoloji yeniliklər qaçılmaz olsa da, bu keçid həm iqtisadi, həm də sosial aspektlər nəzərə alınmaqla mərhələli şəkildə reallaşmalıdır. Sürücülərin iş yerlərini itirmə riski və texniki çatışmazlıqlar aradan qaldırılmadan bu sistemin tətbiqi hələlik uzaq perspektiv kimi görünür.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
2
demokrat.az

3Mənbələr